Naxçıvanda Ermənistanla sərhəddə dəmir yolu stansiyasının tikintisinə başlanılıb
Naxçıvan Muxtar Respublikasında Ermənistanla sərhəd yaxınlığında, Ordubad rayonundakı Salamməlik stansiyasında dəmir yolu tikintisinə start verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev verib. O bildirib ki, layihə çərçivəsində 188 km-lik dəmir yolu xətti yenidən qurulacaq və müasir standartlara uyğunlaşdırılacaq. Əsaslı təmir başa çatdıqdan sonra dəmir yolunun ötürücülük qabiliyyəti ildə 15 milyon tonadək olacaq.
Arif Ağayev xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) açılması haqqında saziş imzalanıb. Bu sazişə əsasən, dəmir yolu əlaqəsi tam bərpa ediləcək və layihə həm Avropa ilə Asiya arasında mühüm nəqliyyat marşrutu, həm də Şimal-Cənub dəhlizində əsas halqa rolunu oynayacaq.
19:56 05.12.2025
Oxunuş sayı: 1568