UEFA Ukraynanı “Rusiya - terrorçu dövlətdir” bannerinə görə cərimələyib
UEFA 16 noyabrda Ukrayna-İslandiya matçında yaşanan insidentlərlə bağlı Ukrayna Futbol Assosiasiyasına cərimə tətbiq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Qərara əsasən, azarkeşlərin meydana daxil olmasına görə 10 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 9 min avro, “Russia is a terrorist state” yazılmış bannerə görə isə 15 min avro cərimə kəsilib.
UEFA bu tip şüarları təxribat xarakterli, siyasi və futbol qarşılaşmaları üçün qəbuledilməz hesab etdiyini bildirib.
Sevinc Yarməmmədova
20:00 05.12.2025
Oxunuş sayı: 1092