Antoniu Koşta: Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni imkanlar açır
Aprel ayında keçirilmiş Avropa İttifaqı – Mərkəzi Asiya sammitində Orta Dəhlizin inkişafının sürətləndirilməsi barədə razılaşma əldə edilib.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstanın “Silk Way” telekanalına müsahibəsində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi də yeni imkanlar açır: “Bu, Asiya ilə Avropanı birləşdirən və Qara dəniz istiqamətinə çıxan Trans-Xəzər marşrutunun hərtərəfli inkişafı üçün geniş perspektivlər yaradır”.
Orta Dəhliz adı ilə tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Avropa ölkələrini Qazaxıstan ərazisi, Xəzər dənizinin akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.(AZƏRTAC)
19:35 05.12.2025
Oxunuş sayı: 1303