Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura yekun vurulub
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura yekun vurulub
Crossmedia.az xəbər verir ki, turun son matçında "Abşeron" "Azərreyl"lə üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan görüş "Abşeron"un 3:2 (20:25, 25:23, 22:25, 25:23, 15:11) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl baş tutan oyunlarında "DH Volley" - "Gənclər"i (3:0), "Milli Aviasiya Akademiyası" "Murov Az Terminal"lı (3:0), "Turan" isə UNEC-i (3:0) məğlub edib.
20:50 05.12.2025
Oxunuş sayı: 1119