Ukrayna Budapeşt Memorandumunu imzalayaraq nüvə silahlarından imtina etdi
31 il əvvəl, 5 dekabr 1994-cü ildə Ukrayna Budapeşt Memorandumunu imzalayaraq təhlükəsizlik zəmanətləri qarşılığında dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, SSRİ dağıldıqdan sonra Ukraynada təxminən 1700 strateji nüvə başlığı qalmışdı və bu arsenal ABŞ və Rusiyadan sonra dünyanın üçüncüsü sayılırdı.
Memorandumu Ukrayna, ABŞ, Böyük Britaniya və Rusiya imzalayıb. Sənədə əsasən, Ukrayna nüvə silahlarından imtina edir, qarşılığında isə digər imzaçı ölkələr onun sərhədlərinə hörmət, təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü kimi məsələlər üzrə təminat verirdilər.
Bu addım müasir beynəlxalq nüvə siyasətində həlledici rol oynayıb və uzunmüddətli təhlükəsizlik öhdəlikləri ilə bağlı müzakirələrə səbəb olub.
Türkan Kərimli
21:12 05.12.2025
Oxunuş sayı: 1013