Keçmiş “Mossad” rəhbəri: Rusiya İsrailə İran hədəflərinə zərbə icazəsi verib
İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yossi Kohen yeni nəşr olunan “Azadlıq Qılıncı: İsrail, Mossad və Gizli Müharibələr” kitabında Rusiya prezidenti Vladimir Putinlə şəxsi əlaqələrindən və Moskvanın İsrailə bölgədə verdiyi gizli icazələrdən danışıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kohen kitabında “Mossad” rəhbərliyini “klassik prinsiplərə dönüş” kimi təqdim edir və İranı həmin dövrdə “əsas hədəf” adlandırır. O, Mossad rəhbəri təyin olunmadan əvvəl İranda casus kimi fəaliyyət göstərdiyini qeyd edib.
Keçmiş Mossad rəhbəri bildirib ki, münasibətləri Putinin rəhbərliyi ilə “qarşılıqlı hörmət” üzərində qurulub. Onun sözlərinə görə, Moskva həmin illərdə İsrailə Suriyada və İraqda İranın maraqlarına qarşı zərbələr endirmək üçün müəyyən səviyyədə “icazə” və əməliyyat azadlığı verib. Kohen bunu “səssiz anlaşma” kimi təqdim edib.
19:48 05.12.2025
Oxunuş sayı: 1137