Ukraynada rus dili qorunan dillər siyahısından çıxarıldı
Ukrayna parlamenti Avropa regional və ya azlıqların dilləri haqqında Xartiyaya uyğun olaraq ölkədə qorunmalı olan dillər siyahısından rus dilinin çıxarılmasını nəzərdə tutan qanunu üçüncü – yekun oxunuşda qəbul edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qanun layihəsinə əsasən, artıq rus dili Ukraynada dövlət tərəfindən xüsusi müdafiə və dəstək alan dillər sırasına daxil edilməyəcək.
Sənəddə qeyd olunub ki, rus dilinin siyahıdan çıxarılması digər milli azlıqların dillərinə şamil edilmir və onların hüquqlarına toxunmur.
Məşədiyeva Türkanə
20:16 03.12.2025
Oxunuş sayı: 642