ABŞ dövlət katibi: İranın nüvə obyektlərini 24 saat ərzində məhv etdik
ABŞ dövlət katibi Marko Rubio Tramp administrasiyasının iyun ayında İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama verərək bildirib ki, Vaşinqton İranın nüvə obyektlərini “cəmi 24 saat ərzində məhv edib”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubio əməliyyatın sürətli və dəqiq planlaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ hədəflərin yerləşdiyi nöqtələri əvvəlcədən müəyyənləşdirib və əməliyyat uzunmüddətli müharibə ehtiyacını aradan qaldırıb: “Biz onların nə etdiyini və obyektlərin harada yerləşdiyini çoxdan bilirdik”, – deyə o bildirib.
Dövlət katibi ABŞ qüvvələrinin əməliyyatı tamamladıqdan dərhal sonra geri çəkildiyini də diqqətə çatdırıb. Rubio bu addımın İranın nüvə proqramına qarşı qəti mövqenin nümayişi olduğunu deyib və Vaşinqtonun regionda təhlükəsizlik məsələlərinə dair siyasətində dəyişiklik olmayacağını vurğulayıb.
18:30 03.12.2025
Oxunuş sayı: 664