Vitkovun Kiyev və Moskva danışıqlarındakı davranışı kəskin fərqlənib
Financial Times jurnalisti Kristofer Miller Ukrayna və Rusiya ilə aparılan danışıqlar zamanı vasitəçi Vitkovun davranış və görünüşündə diqqətçəkən fərqləri müşahidə etdiyini bildirib.
Crossmedia.az "Financial Times"-ə istinadən xəbər verir ki, Millerin sözlərinə görə, Mayamidə Ukraynanın müdafiə naziri Rustem Umerov və nümayəndə heyəti ilə görüş zamanı Vitkov “üzü qırxılmamış, səliqəsiz, ciddi və gərgin görünürdü”. Jurnalist qeyd edib ki, o, göz təmasından qaçır, heç gülümsəmir və ümumilikdə özünü narahat aparırdı.
Bunun əksinə olaraq, Kremldə prezident Vladimir Putinlə görüşü zamanı Vitkov “tamamilə fərqli bir obrazda” çıxış edib. Miller yazır ki, vasitəçi Moskvada “səliqəli, diqqətli və gülümsəyən” görünürdü. O, hətta şəhərdə gəzintiyə çıxdığını, Moskvanı Putinə “möhtəşəm bir şəhər” kimi təqdim etdiyini də bildirib.
Miller bu fərqin təsadüfi olmadığını, Vitkovun siyasi atmosferə və tərəflərin təsirinə uyğun davranış sərgilədiyini vurğulayıb.
19:01 03.12.2025
Oxunuş sayı: 516