ABŞ dövlət katibi: Maduro hökuməti İran üçün təsir bazası rolunu oynayır
ABŞ dövlət katibi Marko Rubio Venesuela ilə İran arasındakı yaxın münasibətləri tənqid edərək bildirib ki, Nikolas Maduro hakimiyyəti “qanuni hökumət deyil”, əksinə Tehranın regionda təsir imkanlarını genişləndirməsinə xidmət edən “tranzit strukturu” kimi fəaliyyət göstərir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubio İranın, SEPAH-ın və Hizbullahın Cənubi Amerikada aktiv fəaliyyət göstərdiyini və onların əsas dayaqlarından birinin məhz Venesuela olduğunu vurğulayıb. Onun sözlərinə görə, İranın ABŞ-ə qarşı düşmənçilik siyasəti artıq Qərb yarımkürəsində də özünü göstərir: “Onlar bayraqlarını bizim yarımkürəmizdə — Venesuelada sancıblar və bunu Maduro hökuməti açıq şəkildə dəstəkləyir”.
Dövlət katibi həmçinin ABŞ-nin Donald Tramp administrasiyası dövründə İranın nüvə obyektlərinə qarşı həyata keçirilən 24 saatlıq hərbi əməliyyata toxunub. O, həmin obyektlərin 14 raketlə vurulduğunu qeyd edərək bu addımın İranın regiondakı hərbi ambisiyalarının qarşısını almağa yönəldiyini bildirib.
Rubio əlavə edib ki, Venesuela hökumətinin İranla əməkdaşlığı regionun təhlükəs
18:25 03.12.2025
Oxunuş sayı: 416