Aİ: 2027-ci ilə qədər Rusiya qazı idxalını tam dayandıracaq
Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya təbii qazının idxalını tamamilə dayandırmaq planını təsdiqləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Şurası və Avropa Parlamenti qərara alıb ki, boru kəməri vasitəsilə qaz təchizatı 2027-ci il sentyabrın 30-dan gec olmayaraq, bəzi hallarda isə noyabrın 1-dək dayandırılmalıdır.
Qərara görə, mövcud müqavilələr üçün keçid dövrü nəzərdə tutulub və dəyişikliklər yalnız texniki səbəblərə görə icazə veriləcək. Bu, təchizat həcmlərinin artmasına imkan yaratmayacaq. 17 iyun 2025-ci ilədək imzalanmış qısamüddətli müqavilələr üçün qadağa daha tez qüvvəyə minəcək: mayeləşdirilmiş təbii qaz üçün 25 aprel 2026-cı ildən, boru kəməri qazı üçün isə 17 iyun 2026-cı ildən etibarən.
19:05 03.12.2025
Oxunuş sayı: 449