Kolumbiya prezidenti Trampın təhdidlərinə cavab verdi
Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın narkotik istehsalı ilə bağlı ölkəyə mümkün hücum təhdidlərinə münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Petro vurğulayıb ki, Kolumbiyanın suverenliyi təhdid edilməməli, Yaquar xalqı oyadılmamalı və iki əsrlik diplomatik münasibətlər pozulmamalıdır.
Prezident qeyd edib ki, qarşılıqlı hörmət və diplomatik əlaqələrin qorunması bütün tərəflər üçün prioritet olmalıdır və Kolumbiya müstəqilliyini müdafiə etməyə davam edəcək.
19:16 03.12.2025
Oxunuş sayı: 616