Mirnoqrad ətrafında 1300-ə yaxın əsgər mühasirədə qalıb
Ukrayna Silahlı Qüvvələrinin mindən çox hərbçisinin Mirnoqrad bölgəsində mühasirədə qaldığı və təcili yardım gözlədiyi bildirilir. Ukraynalı hərbçilərin sözlərinə görə, Rusiya qüvvələri Pokrovski ələ keçirdikdən sonra vəziyyət daha da ağırlaşıb və bölmələrin təchizat əlaqələri kəsilib.
Crossmedia.az "Bild"-ə istinadən xəbər verir ki, hərbçilər vəziyyəti “kritik” adlandırır. Qeyd olunur ki, Rusiya ordusu şəhərə gedən əsas yerüstü təchizat yollarını bağlayıb, dron uçuşları isə mümkünsüz vəziyyətə düşüb. “Artıq dronları belə havaya qaldıra bilmirik, ərzaq dəstəyi tamamilə kəsilib. Ruslar istənilən uçuş aparatını dərhal vururlar”, - deyə əsgərlərdən biri bildirib.
Məlumata görə, Rusiya ordusunun dron əleyhinə texnologiyada tətbiq etdiyi yeniliklər Ukrayna tərəfinə ciddi logistik çətinlik yaradır. Ukraynalı hərbçi hazırda 1300-ə yaxın əsgərin faktiki mühasirədə olduğunu vurğulayaraq təcili yardım çağırışında bulunub.
18:45 03.12.2025
Oxunuş sayı: 609