Putin: Rusiya heç kimə təhdid yaratmır, lakin KTMT-ni müdafiəyə hazırdı
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən mətbuat konfransında ölkəsinin beynəlxalq təhlükəsizlik və hərbi sahədə mövqeyini açıqlayıb. O, Moskvanın heç bir ölkəyə təhdid yaratmadığını, lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı hər hansı bir hərəkətə cavab verməyə hazır olduğunu vurğulayıb. Eyni zamanda, Putin Rusiya pilotsuz uçuş aparatları sahəsində əldə etdiyi nailiyyətləri tərəfdaşlarla paylaşmağa hazır olduğunu bildirib və Ermənistanın KTMT-dakı mövqeyinə də toxunub
Crossmedia.az xarici mediaya istinadən xəbər veriri ki, “Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən mətbuat konfransında bildirib ki, Moskva heç bir ölkəyə təhdid yaratmır, lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı mümkün addımlara cavab verməyə tam hazır olmalıdır”.
Putin vurğulayıb ki, Rusiya pilotsuz uçuş aparatları sahəsində əhəmiyyətli texnoloji irəliləyiş əldə edib və bu imkanları tərəfdaş dövlətlərlə bölüşməyə hazırdır.
Dövlət başçısı həmçinin Ermənistanın KTMT-dən uzaqlaşmasına toxunaraq qeyd edib ki, rəsmi İrəvan təşkilatın üzvü olaraq qalır, lakin hazırda iclaslarda iştirak etmir:
“Bu, onların seçimidir. Biz Ermənistanla əlaqəni davam etdiririk.
Zeynəb Xuduyeva
02:40 28.11.2025
Oxunuş sayı: 1404