Paşinyan yepiskopların bəyanatını dəstəklədi
Ermənistanın baş naziri Nikol Paşinyan erməni yepiskoplarının son bəyanatını alqışlayıb və onların təşəbbüsünü yüksək qiymətləndirib. O qeyd edib ki, bu bəyanatı həm şəxsi dini inancı baxımından, həm də dövlət rəhbəri kimi böyük əhəmiyyət daşıyan bir addım hesab edir. Paşinyan bildirib ki, əgər kilsə rəhbərliyi razılıq verərsə, o, yepiskoplarla ən qısa zamanda görüşməyə hazırdır və bu dialoqu vacib hesab edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Paşinyan bildirib ki, “Erməni Apostol Kilsəsinin ardıcılı kimi mən həmin bəyanatı övladlıq itaəti və sədaqətlə qəbul etdim, dövlət və hökumət başçısı kimi isə qətiyyət və iradə ilə alqışlayıram. Ruhani rəhbərliyin razılığı olarsa, mən onları artıq bu gün görüşə dəvət edəcəyəm”.
Baş nazir aparatının rəhbər müavini Taron Çaxoyan, parlamentin vitse-spikeri Ruben Rubinyan və aparat rəhbəri Araik Harutyunyan da yepiskopların bəyanatını dəstəkləyiblər.
Çaxoyan deyib: “Övladlıq itaəti ilə Baş Taxtın müqəddəsliyini təhqir edənlərdən və onların günahlarını ört-basdır edənlərdən təmizlənməsi ilə bağlı yepiskopların müraciətini alqışlayıram. Kilsəni təmizləməyə hazır olduğunu bildirən ruhaniyyətə dəstəyimi ifadə edirəm”.
Rubinyan bəyan edib: “Bu günkü bəyanatla çıxış edən yepiskop və arxiyepiskopları dəstəkləyirəm. Onlar Kilsənin həqiqi müdafiəçiləridir. Qriqor Nersisyan (II Qaregin) Kilsəyə qarşı kampaniyanı dayandırmalı və əşyalarını yığmağa başlamalıdır”.
Harutyunyan isə bunları bildirib: “Yepiskoplar kilsəmizin təhqir olunması faktını qeyd etməkdə cəsarət göstəriblər. Kilsə təmizlənir. Mən də yepiskoplara dəstəyimi bildirirəm”.
Qeyd edək ki, bundan əvvəl erməni yepiskopları II Qaregini Eçmiədzindən uzaqlaşdırmaq tələbi ilə bəyanat yaymışdılar
Zeynəb Xuduyeva
17:00 27.11.2025
Oxunuş sayı: 944