Ukrayna Trampın təklif etdiyi sülh sazişini imzalaya bilər - Lukaşenko
Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ-ın prezidenti Donald Trampın irəli sürdüyü sülh razılaşması ilə bağlı qərar hazırda Ukraynanın əlindədir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“İndi, bizim dediyimiz kimi, top Ukraynanın tərəfindədir. Fikrimcə, cəbhədə yaranan vəziyyətləri nəzərə alaraq, Ukrayna bu sülh sazişinə razılaşacaq. Əks halda ölkəni tamamilə itirə bilər”, — deyə Lukaşenko vurğulayıb.
Onun sözlərinə görə, regionda davam edən hərbi dinamika Kiyevin qərar verməsini sürətləndirə bilər. Lukaşenko həmçinin qeyd edib ki, təklif olunan razılaşma münaqişənin genişlənməsinin qarşısını almağa yönəlib.
Mehriban İbrahimli
16:38 27.11.2025
Oxunuş sayı: 1229