KİV: Mövcud vəziyyət Ukraynanın əleyhinədir
Ukrayna müharibəsi uzandıqca sülh danışıqları ətrafında gözləntilər və qeyri-müəyyənlik daha da artır. Beynəlxalq vasitəçilər müxtəlif planlar təklif etsələr də, böyük güclərin mövqeyi prosesin taleyini müəyyənləşdirir. Hər bir yeni təklif Ukraynanın gələcəyi üçün həm ümid, həm də risk daşıyır. Münaqişənin hansı istiqamətdə davam edəcəyi isə tərəflərin güzəştə getmək iradəsindən asılı olacaq.
Crossmedia.az "The Economist"-ə istinadən xəbər verir ki, Ukrayna sülh planının son variantından məmnun qalıb, lakin Kreml rəhbəri Vladimir Putinin buna razı olub-olmayacağı barədə heç kimdə dəqiq məlumat yoxdur.
Məqalədə qeyd olunub ki, proses ümumilikdə Ukraynanın əleyhinə işləyir: danışıqlar Rusiyanın tələblərinin razılaşdırılmasına, Ukraynanın isə güzəştlər verməsinə istiqamətlənib və görünən odur ki, son söz Kremlə məxsus olacaq.
Nəşrin mənbəsi bildirib ki, prosesin sonuna yaxın Rusiya mövqeyini yumşalda bilər, lakin ən yaxşı halda bu, hələ bir neçə ay davam edəcək.
Fidan Bəhmənova
16:12 27.11.2025
Oxunuş sayı: 1178