“Jerusalem Post”: Ermənistan Hindistanla müqaviləni ləğv etsə, İsrail təchizatçıları zərər görəcək
Ermənistan Hindistan istehsalı olan “Tejas” qırıcı təyyarəsinin alınması ilə bağlı danışıqların dayandırıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” nəşri məlumat yayıb.
Bu qərar “Tejas” təyyarəsinin şənbə günü Dubay aviaşousu zamanı qəzaya uğramasından sonra verilib.
Bildirilir ki, bunun nəticəsində İsrail təchizatçıları zərərə məruz qalacaqlar.
“Tejas” qırıcısının təkmilləşdirilmiş versiyası “Israel Aerospace Industries” tərəfindən hazırlanır, AESA radarı və radioelektron mübarizə sistemi ilə təchiz olunur.
Ermənistan Hindistanla 1,2 milyard dollar dəyərində 12 təyyarə almaq üçün danışıqlar aparırdı.
“Tejas” təyyarəsinin hazırlanmasına 1982-ci ildə başlanılıb, bu, Hindistanın dünyanın ən böyük silah alıcılarından və ixracatçılarından birinə çevrilmək istəyi çərçivəsində həyata keçirilib. Hindistan istehsalı olan qırıcı Dubay aviaşousu zamanı qəzaya uğrayıb.
16:03 27.11.2025
Oxunuş sayı: 1111