İrəvanda ictimaiyyət də hava çirklənməsi probleminə cəlb olunacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda hava çirklənməsi və tıxac probleminin həlli üçün hökumət yanında iki yeni işçi qrupunun yaradılacağını bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında deyib.
Paşinyanın sözlərinə görə, həmin işçi qruplarına vətəndaş cəmiyyəti nümayəndələri və ekspertlər cəlb olunacaq. Məqsəd isə şəhərin ekoloji yükünü azaltmaq və nəqliyyat axınını optimallaşdırmaq üçün real, tətbiqolunan təkliflər toplamaqdır.
Sevinc Yarməmmədova
15:54 27.11.2025
Oxunuş sayı: 1083