Taalatbek Masadıkov KTMT-nın yeni baş katibi seçildi
Qırğızıstanlı diplomat Taalatbek Masadıkov 2026-cı ilin yanvarından etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)–nin yeni baş katibi vəzifəsinə başlayacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Masadıkov, diplomatik fəaliyyətində uzun illər təcrübəyə malikdir və beynəlxalq əməkdaşlıq sahəsindəki işləri ilə tanınır. O, KTMT-nin üzv dövlətləri arasında təhlükəsizlik, strateji əməkdaşlıq və regional sabitliyin gücləndirilməsi məqsədilə fəaliyyət göstərəcək”.
KTMT-nin hazırkı vəzifəli şəxsləri və üzv ölkələrin nümayəndələri Masadıkovun təyinatını yüksək qiymətləndirərək, onun təşkilatın qarşıdakı dövrdəki məqsədlərinə nail olmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər
Zeynəb Xuduyeva
15:05 27.11.2025
Oxunuş sayı: 1032