KTMT Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunmasını istəyir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammiti regiondakı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Təşkilat Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini xüsusilə vurğulayaraq tərəflər arasında dialoqun aktivləşməsini müsbət dəyərləndirib. Sammitdə yayımlanan bəyannamədə hər iki ölkə arasında hərtərəfli nizamlanmanın vacibliyi önə çəkilib. KTMT həmçinin şərtsiz sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını dəstəklədiyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanmanın və şərtsiz sülh müqaviləsinin mümkün qədər tez imzalanmasının tərəfdarıyıq”, – deyə Bişkekdə keçirilən sammitin nəticələrinə əsasən qəbul olunan KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsində bildirilir.
Fidan Bəhmənova
14:59 27.11.2025
Oxunuş sayı: 1341