Gürcüstan vizasız rejimin ləğv edilməyəcəyinə ümid edir
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının ölkə üçün vizasız rejimi ləğv edə biləcəyi ilə bağlı müzakirələrə münasibət bildirib. Nazir deyib ki, Tbilisi hələ də Aİ-nin bu qərardan geri dönəcəyinə və gürcü vətəndaşlarını cəzalandırmayacağına ümid edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Boçorişvili Avropa bürokratiyasında rasional qərarlara ümid etməyin çətin olduğunu qeyd edib:
"Bu qədər irrasional qərarlar fonunda Aİ-dən sağlam yanaşma gözləmək çox çətindir. Bunu yalnız biz demirik, bir çoxları yazır ki, Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin fəaliyyəti Avropa maraqlarını qorumağa yönəlmir".
Nigar Yahyazadə
14:25 27.11.2025
Oxunuş sayı: 1016