Katolik dünyasının ruhani lideri Papa XIV Leo Türkiyəyə səfər edib.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Məlumata görə, Papa Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib və saat 12:23-də Esenboğa Hava Limanına eniş edib. Hava limanında Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və digər rəsmilər tərəfindən qarşılanıb.
Səfər çərçivəsində Papa Anıtqəbirə baş çəkəcək və Prezident Kompleksində Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu, Papa XIV Leonun ilk rəsmi xarici səfəri olub və üç gün davam edəcək.
Qeyd edək ki, bu səfərdən sonra Papanın Livana səfər edəcəyi bildirilir.
Nəzrin Abbas