Qazaxıstan səhiyyə naziri uçuş zamanı sərnişinə təcili yardım göstərib
“Astana–Almatı” istiqamətində uçan sərnişin təyyarəsində bir qadın uçuşdan dərhal sonra özünü pis hiss edib. Kadrlarda sərnişinin vəziyyətinin kəskin pisləşdiyi və bələdçilərin təcili olaraq təyyarədə həkim axtardığı görünür.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yardıma təsadüfən həmin reysdə olan Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova gəlib. O, qadının təzyiqini ölçüb, hipertonik kriz keçirdiyini müəyyən edib və vəziyyətini stabilləşdirərək ilkin tibbi yardım göstərib.
Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, sərnişinin vəziyyəti nazirin müdaxiləsindən sonra nəzarət altına alınıb və təyyarə enənədək tibbi yardım davam etdirilib.
Türkanə Məşədiyeva
13:50 27.11.2025
Oxunuş sayı: 1171