Namibiyada Adolf Hitler Uunona beşinci dəfə regional seçkilərin qalibi oldu
Namibiyada Ompundja adlı seçki dairəsində keçirilən regional seçkilərin nəticələri açıqlanıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, nəticələrə görə, 59 yaşlı namibiyalı siyasətçi Adolf Hitler Uunona yenidən qalib gələrək həmin dairənin rəhbəri seçilib. Bu, onun ardıcıl olaraq beşinci dəfə seçkilərdə qalibiyyəti deməkdir.
Adolf Hitler Uunona Ompundja bölgəsinə 2004-cü ildən bəri rəhbərlik edir və artıq 20 ilə yaxındır ki, bu vəzifəni icra edir.
Pərvin Hacıyeva
13:50 27.11.2025
Oxunuş sayı: 999