Krım körpüsündəki terror aktı ilə bağlı üç erməniyə ömürlük həbs cəzası verildi
Rusiyanın Rostov-na-Donu şəhərində üç erməni vətəndaşı – Artyom Azatyan, Qriqori Azatyan və yük maşını sürücüsü Artur Terçanyan Krım körpüsündə baş vermiş terror aktı ilə bağlı cinayət işi çərçivəsində mühakimə olunub. Məhkəmənin qərarına əsasən, onlar terror əməliyyatında iştirakda təqsirli bilinərək ömürlük azadlıqdan məhrumetmə cəzası alıblar.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumatlara görə, istintaq onların hadisənin hazırlanması və həyata keçirilməsində rol oynadıqlarını müəyyən edib. Hökm qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslər xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcək.
Türkanə Məşədiyeva
13:45 27.11.2025
Oxunuş sayı: 1386