ABŞ-da iki əsgəri öldürən əfqan keçmiş MKİ agenti imiş
ABŞ Milli Qvardiyasının iki əsgərini güllələyərək öldürən əfqan şəxsin keçmiş MKİ agenti olduğu məlum olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, MKİ direktoru Con Retkliff bildirib ki, atıcı ABŞ-a onun Qəndəharda MKİ ilə əməkdaşlığı əsasında daxil olub.
Qeyd edək ki, o, 2025-ci ildə Donald Trampın yenidən seçilməsindən sonra ABŞ-da sığınacaq alıb.
Nəzrin Abbas
13:35 27.11.2025
Oxunuş sayı: 1040