Bu gün hava necə olacaq? - PROQNOZ
Azərbaycanda noyabrın 27-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb
Crossmedia.az xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-12°, gündüz 15-17° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskin olacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9°, gündüz 16-20°, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacaq.
09:00 27.11.2025
Oxunuş sayı: 1303