Türkiyə Təhlükəsizlik Şurası sülh prosesini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan və Ermənistan arasında sülh prosesi əsas müzakirə mövzularından biri olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, iclasda həm ikitərəfli, həm də regional əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Ankaranın Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər xüsusi vurğulanıb.
Toplantıda həmçinin "Terrorsuz Türkiyə" təşəbbüsü, Yaxın Şərqdəki gərginlik, Rusiya–Ukrayna müharibəsi və digər təhlükəsizlik məsələləri də müzakirə edilib.
Nigar Yahyazadə
23:12 26.11.2025
Oxunuş sayı: 917