Uşakov telefon danışıqları sızmalarını “feyk” adlandırdı
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bir sıra KİV-də yayılan telefon danışıqlarına dair məlumatların “feyk” olduğunu bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, iş adamı Uitkoffla apardığı telefon söhbətləri qapalı xarakter daşıyıb və “heç kim tərəfindən açıqlanmamalı idi”.
Uşakov həmçinin Ukraynadakı müharibənin 2025-ci ildə başa çatması ehtimalına münasibət bildirərək, bunun mümkün olmasını arzuladığını qeyd edib: “Bunu əldə etmək istərdik.”
Mehriban İbrahimli
19:40 26.11.2025
Oxunuş sayı: 670