“Dünyanın ən güclü qadını” titulundan məhrum edildi
“Dünyanın ən güclü qadını” yarışmasının qalibi amerikalı Cammi Buker tituldan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə NY Post məlumat yayıb.
Məlumata görə, Buker Texasda keçirilən Official Strongman Games yarışmasında birinci yeri qazanıb. Lakin bir neçə gün sonra onun kişi olaraq dünyaya gəldiyi ortaya çıxdığı üçün təşkilatçılar tərəfindən diskvalifikasiya edilib.
Rəsmi açıqlamada qeyd olunub ki, bütün iştirakçılar yalnız doğulduqları bioloji cinsə uyğun kateqoriyada çıxış etməlidirlər.
Fidan Quliyeva
23:30 26.11.2025
Oxunuş sayı: 806