Trampın elçisi Uitkoff Ukraynaya raket verilməsini əngəlləyib
Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsini faktiki olaraq əngəlləyib və bu prosesdə Rusiya Prezidenti Vladimir Putinlə sıx əlaqədə olub.
Bu barədə Crossmedia.az The Wall Street jurnalına istinadən xəbər verir.
Nəşrin əldə etdiyi səs yazılarının məzmununa görə, Uitkoff Kiyevin raketləri almaması üçün müxtəlif sxemlər irəli sürüb. O, Putinin Qəzza sektorundakı “uğur” münasibətilə Trampı təbrik etməsini təklif edib və bunun Vaşinqtonun mövqeyinə təsir göstərə biləcəyini bildirib. Bundan əlavə, Uitkoff Zelenskinin Ağ Evə səfərindən əvvəl Tramp ilə Putin arasında telefon danışığının təşkilində əsas təşəbbüskar olub.
Məlumata görə, 16 oktyabrda baş tutan Tramp–Putin telefon danışığından sonra ABŞ Prezidenti raketlərin göndərilməsini “ehtiyatların azalması” ilə əsaslandıraraq təsdiqləməyib.
Türkanə Məşədiyeva
18:55 26.11.2025
Oxunuş sayı: 833