Rusiya sülh danışıqlarında güzəştə getməyəcək
Rusiya rəhbərliyi sülh danışıqlarında əsas məsələlərdə güzəştə getməyə hazır deyil.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov bəyan edib. Onun sözlərinə görə, sülh planının müxtəlif variantları yalnız danışıqların bir elementi kimi nəzərdən keçirilə bilər, lakin bu, Moskvanın mövqelərini dəyişməyə hazır olması demək deyil.
"Güzəştlərdən və yanaşmalarımızın yenidən gözdən keçirilməsindən söhbət gedə bilməz," — deyə Ryabkov vurğulayıb.
O həmçinin əlavə edib ki, Moskva konflikti həll etməyə dair fərdi təklifləri açıq şəkildə müzakirə etməyə hazır deyil.
Pərvin Hacıyeva
18:41 26.11.2025
Oxunuş sayı: 1068