İmran Xan həbsdə vəfat edib - Əfqanıstan KİV
Pakistanın keçmiş baş naziri İmran Xan müəmmalı şəraitdə həbsdə vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Əfqanıstan Times qəzeti məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, siyasətçinin cəsədi həbsxanadan çıxarılıb.
Xanın ailəsi bir neçə həftə ərzində məhkəmə qərarına baxmayaraq onunla görüşə bilməyib. Bu hadisənin ardından keçmiş baş nazirin tərəfdarları gecə saatlarında həbsxananın qarşısında etiraz aksiyası keçiriblər.
Məsələ ilə bağlı Pakistan hökuməti rəsmi açıqlama verməyib.
18:29 26.11.2025
Oxunuş sayı: 1055