Rusiyaya köçmək üçün müraciətlər artır
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlayıb ki, Avropa İttifaqına üzv ölkələrin vətəndaşları arasında Rusiyaya köçmək istəyənlərin sayı artıb. Onun sözlərinə görə, hər ay təxminən 150 nəfər "söz azadlığı, təhlükəsizlik, pulsuz tibbi xidmət və təhsil" axtarışı ilə Rusiyaya müraciət edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Volodin həmçinin iddia edib ki, avropalılar öz ölkələrindəki "cinsin dəyişdirilməsi təbliğatından" və "iqtisadi tənəzzüldən" uzaqlaşmaq üçün Rusiyaya üz tuturlar.
Nigar Yahyazadə
18:15 26.11.2025
Oxunuş sayı: 726