Rusiyalı teleaparıcı Solovyova qarşı sui-qəsd işi araşdırılır
Rusiyalı tanınmış teleaparıcı və Kreml tərəfdarı kimi tanınan jurnalist Vladimir Solovyova qarşı sui-qəsddə ittiham olunan şəxslərin onu zəhərlənmiş pizza vasitəsilə öldürməyi planlaşdırdığı məlum olub.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, məhkəmədə səsləndirilən audioyazıda şübhəlilərdən biri “Solovyovun ‘Yandex Eda’dakı sifarişini izləyirik, onu ələ keçirib zəhərlənmiş pizza qoyuruq” deyə bildirir.
İstintaqın məlumatına görə, daha bir plan – avtomobilin sükanına toksinlərin sürtülməsi – etibarsız hesab edildiyi üçün rədd edilib və bundan sonra partlayıcı qurğu variantı müzakirə olunub.
Məhkəmədə ittiham olunanlardan Andrey Pronski audioyazının “montaj olunduğunu” iddia edib. Digər fiqurant Vladimir Belyakov isə Solovyovu izlədiyini və ona qarşı siyasi nifrət bəslədiyini etiraf etsə də, onu öldürmək niyyətini rədd edib.
Türkan Kərimli
17:05 26.11.2025
Oxunuş sayı: 686