Suriyada güclü partlayış: xəsarət alanlar var
Suriyanın İdlib vilayətinin qərbində güclü partlayış baş verib. Məlumata görə, partlayışın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb.
Bu barədə Crossmedia.az Newsru.co-ya istinadən xəbər verir.
Suriya İnsan Haqları üzrə Müşahidə Mərkəzinin məlumatına əsasən, partlayış Kafr Txorim şəhərində yerləşən silah-sursat anbarında baş verib. Anbarın yaxınlığında məktəb yerləşir və məktəbdə xəsarət alanlar var.
Türkanə Məşədiyeva
17:13 26.11.2025
Oxunuş sayı: 741