Gürcüstanda eyni cinsdən olanların nikahları qəbul edilməyəcək
Avropa İttifaqının eyni cinsdən olan nikahlarla bağlı verdiyi son qərar Gürcüstanda ciddi reaksiyaya səbəb olub. Ölkənin bəzi deputatları bu qərarı qəbul etməyəcəklərini bildirir və onu yerli dəyərlərə zidd hesab edirlər. Məsələ Avropa İttifaqının üzv dövlətlərinə digər ölkələrdə qeydiyyatdan keçmiş eyni cinsdən nikahları tanımaq öhdəliyi yaratması ilə gündəmə gəlib. Gürcüstan ictimaiyyətində bu qərar ətrafında müzakirələr davam edir və müxtəlif mövqelər ortaya çıxır. Deputat Guram Maçarashvili də mövqeyini açıq şəkildə ifadə edib.
Crossmedia.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, “Belə bir reallıq qəbuledilməzdir və Gürcüstanda heç vaxt qəbul olunmayacaq”, – deyə “Xalqın Qüvvəsi” partiyasından deputat Guram Maçarashvili Avropa İttifaqının eyni cinsdən olanların nikahlarıyla bağlı qərarı şərh edərkən bildirib".
“Bizə deyirdilər: ‘Sizi kim məcbur edir ki, eyni cinsdən nikahları qanuniləşdirəsiniz?’ İndi isə Avropa bürokratiyası və ədalət sistemi birbaşa üzv dövlətləri eyni cinsdən olan insanların nikahını ailə kimi tanımağa məcbur edəndə nə deyəcəklər? Bunu Gürcüstanda heç vaxt qəbul etməyəcəyimiz reallıqdır!”, – Maçarashvili bildirib.
Qeyd edək ki, Avropa İttifaqının Ali Məhkəməsi qərar verib ki, Aİ ölkələri digər üzv dövlətlərdə qeydiyyatdan keçmiş eyni cinsdən nikahları tanımalıdır.
Fidan Bəhmənova
17:29 26.11.2025
Oxunuş sayı: 726