Honq-Konqda güclü yanğın
Honq-Konqun Tai Po rayonunun şimal hissəsində yerləşən çoxmərtəbəli yaşayış kompleksində baş verən güclü yanğın faciə ilə nəticələnib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər həyatını itirib, 13 nəfərin o cümlədən iki azyaşlı uşağın taleyi hələ də məlum deyil.
Hadisə nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti kritik olaraq qiymətləndirilir. Yerli hakimiyyət yanğına ən yüksək təhlükə səviyyəsi verib.
İlkin məlumata əsasən, yanğın ərazidə yerləşən karaoke-barında başlayan alovun qısa müddətdə yaşayış kompleksinin binaları ətrafında təmir işləri üçün qurulan bambuk konstruksiyalara yayılması nəticəsində genişlənib.
Yanğınsöndürənlər 31 mərtəbəli binaları əhatə edən alova nəzarət etməkdə ciddi çətinliklərlə üzləşiblər. Hadisə baş verən yaşayış kompleksi ümumilikdə 8 korpusdan ibarətdir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Fidan
17:07 26.11.2025
Oxunuş sayı: 594