Bakıda əlilliyi olan şəxsi diləndirməyə məcbur edən qadın tutulub
Bakıda 1950-ci il təvəllüdlü əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.
Crossmedia.az-ın məlumatına görə, araşdırmalarla əməli törədən 1973-cü il təvəllüdlü Məlahət Bayramova müəyyən olunaraq saxlanılıb.
Məlum olub ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb. Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.
Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcək.

16:44 26.11.2025
Oxunuş sayı: 524