İspaniyanın Santa Lusiya xəstəxanasında böyük yanğın baş verib
Çərşənbə günü Kartaxena şəhərində yerləşən Santa Lusiya Xəstəxanasında böyük yanğın baş verib.
Crossmedia.az hadisə barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanğın səhər saatlarında şəhərin cənub-şərqində başlayıb. İspaniya mediasının yayımladığı görüntülərdə xəstəxana binalarından birinin fasadını bürüyən alovlar və havaya qalxan qalın qara tüstü aydın görünür.
Xəstəxana heyəti xəstələri təhlükəli sahələrdən daha təhlükəsiz ərazilərə köçürüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlər ərazidə yoxlamaları davam etdirirlər.
Nəzrin Abbas
16:30 26.11.2025
Oxunuş sayı: 597