Aİ məhkəməsi eynicinsli nikahları tanımağı tələb edir
Avropa İttifaqı Ədalət Məhkəməsi ittifaqa üzv bütün ölkələrin Aİ-nin digər dövlətlərində rəsmiləşdirilmiş eynicinsli nikahları tanımalı olduqları barədə qərar verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, qərar Almaniyada nikaha girən iki polyak vətəndaşının müraciətindən sonra qəbul edilib. Onların nikahı Polşada tanınmadığı üçün məhkəmə bunun Avropa hüququnun pozulması və Aİ vətəndaşlarının sərbəst hərəkət azadlığının məhdudlaşdırılması olduğunu müəyyənləşdirib.
Məhkəmənin izahına görə, qərar ölkələri eynicinsli nikahı öz ərazilərində rəsmiləşdirməyə məcbur etmir. Lakin başqa bir Aİ ölkəsində qanuni şəkildə bağlanmış nikahın tanınması bütün üzv dövlətlər üçün öhdəlikdir.
Hazırda eynicinsli nikahlar Polşa, Bolqarıstan, Rumıniya, Slovakiya, Latviya və Litvada qadağandır.
Pərvin Hacıyeva
14:27 26.11.2025
Oxunuş sayı: 758