Tramp: Sülh sazişinin əsas hissəsi razılaşdırılıb
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı sülh sazişinin bir çox müddəalarının artıq razılaşdırıldığını və sənədin bəndlərinin 22-yə qədər azaldıldığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Ukrayna münaqişəsi hazırda "tək istiqamətdə" inkişaf edir və prosesin sonunda Rusiyanın daha geniş əraziləri nəzarətə götürməsi ehtimalı qalır. O bildirib ki, ABŞ-nin təqdim etdiyi sülh planında döyüşlərin dayandırılması və Kiyevə qarşı yeni ərazi iddialarından imtina Rusiyanın atdığı güzəşt addımı kimi qiymətləndirilir.
Prezident vurğulayıb ki, Vaşinqtonun sövdələşmə üçün konkret son tarixi olmasa da, ABŞ yaxın vaxtlarda Ukrayna üzrə nəticə əldə olunmasını gözləyir. Onun fikrincə, Ukrayna razılaşmaya getməlidir, əks halda münaqişə illərlə davam edə bilər, çünki Rusiya hərbi qüvvələrinin sayı baxımından Kiyevdən üstündür.
Tramp həmçinin bildirib ki, Uitkoff və Kuşnerin Vladimir Putinlə görüşü gələn həftə planlaşdırılır. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-ə səfərindən əvvəl ilkin razılıq əldə olunmalıdır.
Nigar Yahyazadə
13:24 26.11.2025
Oxunuş sayı: 808