Koçinyan Bakıda erməniləri təəccübləndirən vərdişi paylaşıb
Azərbaycana səfər edən vətəndaş cəmiyyətin nümayəndələrindən ibarət Ermənistan heyətinin üzvü Areg Koçinyan Bakıda azərbaycanlıların telefon danışığında tez-tez “bəli, qardaş” ifadəsini işlətməsinin onu xüsusilə təsirləndirdiyini bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Koçinyan qeyd edib ki, bu ifadə o qədər təbii səslənir ki, ermənilər “demək olar erməni dilində danışır” hissi yaşayırlar. O, bu oxşarlığın və intonasiyanın heyrətamiz olduğunu vurğulayıb.
Nəzrin Abbas
12:55 26.11.2025
Oxunuş sayı: 765