“Lukoyl”un həmtəsisçisi Leonid Fedun səhm paketini satıb
Rusiyanın ən böyük özəl neft şirkətlərindən biri olan “Lukoyl”un həmtəsisçilərindən Leonid Fedun öz səhm paketini şirkətə satıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət Feduna məxsus təqribən 10%-lik payı geri alıb.
Bazar kotirovkalarına əsaslanan ilkin qiymətləndirmələrə görə, satılan paketinin dəyəri 7 milyard dollara çata bilər.
Pərvin Hacıyeva
12:47 26.11.2025
Oxunuş sayı: 883