Rusiyanın Su-35S təyyarələri müharibə zonasında yerləşdirilib
Rostec Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov TASS-a bildirib ki, Rusiyanın Su-35S qırıcı təyyarələri Ukraynaya məxsus F-16 və Fransanın “Mirage” təyyarələrini xüsusi hərbi əməliyyat zonasında aşağı hündürlükdə uçmağa məcbur edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verib. Məlumata görə, Çemezov qeyd edib ki, Su-35S düşmən təyyarələrini ekstremal məsafələrdə hədəf ala bilir və onların “hava-hava” raketlərinin buraxılış məsafəsinə çatmasına mane olur. Həmçinin, Su-35S-lərin düşmənin zenit sistemlərinə böyük zərbə vurduğunu bildirib.
Onun sözlərinə görə, bacarıqlı pilotlar Su-35S-in performansını yüksək qiymətləndirir və qırıcı möcüzələr yaradır.
11:55 26.11.2025
Oxunuş sayı: 829