Vladimir Zelenski rüşvətə görə 9 il azadlıqdan məhrum edildi
Rusiyanın Novosibirsk şəhərində yerləşən qarnizon hərbi məhkəməsi Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vladimir Zelenskini rüşvət almaqda təqsirli bilərək ciddi rejimli islah koloniyasında 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məhkəmə materiallarına əsasən, Vladimir Zelenski vəzifə səlahiyyətlərindən sui-istifadə edərək maddi maraq qarşılığında qanunsuz hərəkətlərə yol verib. İttihama görə, o, müəyyən şəxslərə üstünlük qazandırmaq və ya qanunsuz fəaliyyətlərə göz yummaq müqabilində külli miqdarda pul alıb. Bu əməllər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin rüşvət alma ilə bağlı maddələri üzrə qiymətləndirilib.
Türkanə Məşədiyeva
11:11 26.11.2025
Oxunuş sayı: 896