Venesuelada Su-30, F-16 və K-8 təyyarələri hərbi hava bazasında sıra uçuşu edib
Bu gün Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30, F-16 və K-8 də daxil olmaqla bir neçə qırıcı təyyarə Aragua əyalətində, Palo Neqroda yerləşən El Libertador Hava Bazası üzərində sıra halında uçarkən müşahidə olunub. Uçuşlar bu həftə keçiriləcək bir sıra tədbirlərə hazırlıq çərçivəsində baş tutub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tədbirlərə 27 noyabr 1992-ci il çevriliş ildönümü və cümə günü başlayan El Libertador Hava Bazasında keçiriləcək Venezuela 2025 Aerokosmik Sənaye Ekspo sərgisi daxildir.
10:38 26.11.2025
Oxunuş sayı: 1030