Oğuzda avtomobil qəzası olub
Oğuzda sürücünün həyatını itirməsiylə nəticələnən qəza baş verib.
Crossmedia.az-ın məlumatına görə hadisə noyabrın 25-i qeydə alınıb.
Belə ki, Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı metalik rəngli "BMW" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Sakit Əzimov hadisə yerində ölüb.
1989-cu il təvəllüdlü sərnişin Səxavət Hüseynov isə ağır bədən xəsarətləri alaraq Şəki RMX-nə yerləşdirilib.
Faktla bağlı Oğuz RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
09:23 26.11.2025
Oxunuş sayı: 1301