İran XİN başçısı: İsrail Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasına qoşulmağa məcbur edilməlidir
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, beynəlxalq ictimaiyyət İsraili Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasına (CWC) qoşulmağa vadar etməlidir. O, İsrail ordusunun Qəzza zolağında törətdiyi cinayətlər fonunda bu məsələnin xüsusilə aktuallaşdığını vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Araqçi bu fikirləri Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) üzv ölkələrinin 30-cu illik konfransında səsləndirib. Onun sözlərinə görə, İsrail son iki ildə işğal olunmuş ərazilərdə “soyqırımı siyasəti” həyata keçirib və bir neçə ölkəyə hücum etsə də, heç bir məsuliyyət daşımayıb.
Nazir əlavə edib ki, İsrailin konvensiyaya üzv edilməsi və sərt beynəlxalq nəzarət altına alınması regionda təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi baxımından vacibdir.
Türkan Kərimli
21:10 25.11.2025
Oxunuş sayı: 1295